Göyçay Peşə Liseyində Zəfər Günü"nə həsr olunmuş tədbir və "Peşə təhsilinin şəhid məzunları" kitabının təqdimatı keçirildi
07 noyabr 2025-ci il tarixində Göyçay Peşə Liseyində Zəfər Günü"nə həsr olunmuş tədbir və "Peşə təhsilinin şəhid məzunları" kitabının təqdimatı keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Tədbiri giriş sözü ilə açan liseyin direktor əvəzi Elxan Əliyev "Zəfər Günü" münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək gələn qonaqlara təşəkkürünü bildirdi.
Tədbirdə "Peşə təhsili və insan kapitalı" jurnalının baş redaktoru Şahbaz Balakişiyev və redaksiyanın əməkdaşlarının təşəbbüsü ilə ərsəyə gələn Peşə təhsili müəssisələrinin şəhid məzunlarına həsr olunmuş "Peşə təhsilinin şəhid məzunları" kitabı təqdim edildi.
Çıxış edən qonaqlar Elm bə Təhsil Nazirliyinin mətbu orqanı olan "Peşə təhsili və insan kapitalı" jurnalının şöbə redaktoru, yazıçı, publisist Pərvanə Mehmanlı, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, şəhid anası liseyin müəllimi Məhluqə Ömərova, şəhid və qazi ailələrinə qayğı cəmiyyətinin sədri Eldəniz Rüstəmov, liseyin qocaman təqaüdçü müəllimi Fərhad Əliyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəsi Coşqun İsmayılov, Pərvanə Mehmanlının anası Nargilə xanım qonaq olaraq "8 noyabr Zəfər Günü münadibəti ilə tədbir iştirakçılarını və xalqımızı təbrik edərək bu gün haqqında ətraflı məlumat verdilər.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra tələbələrimizin çıxışları ilə bədii hissəsi davam etdirildi.
Sonda gələn qonaqlarla xatirə şəkilləri çəkildi.