Müəlli̇flər üçün təli̇mat
Müəlli̇flər üçün təli̇mat
Məqalə tələbləri

Məqalə redaksiyaya elektron formada təqdim olunmalı və bundan əvvəl başqa nəşrlərdə yayımlanmamalıdır.

Məqalə hazırlanarkən aşağıdakı tələblər nəzərə alınmalıdır:

1. Məqalə Azərbaycan, rus və ingilis dillərindən birində hazırlanmalıdır.

2. Məqalə Microsoft Word mətn redaktorunda A4 formatında (soldan, yuxarıda, aşağıdan və sağdan – 2 sm.), Times New Roman şrifti ilə 12 pt. ölçüdə, vahid sətirarası intervalla və mətndaxili yazıda abzas 1 sm. göstərməklə hazırlanmalı və həcmi minimum 5, maksimum 10 səhifə təşkil etməlidir.

3. Məqalənin mətninin aşağıdakı bölmələrdən ibarət olması tövsiyə olunur:

• giriş (məsələnin aktuallığı, problemin hazırkı vəziyyəti);

• tədqiqatın məqsədi, məsələnin qoyuluşu;

• tədqiqat hissəsi;

• dəlillər sistemi və elmi əsaslandırma;

• məsələnin həll üsulları aprobasiyası;

• alınan nəticələrin tətbiqi;

• nəticə;

• istifadə edilmiş ədəbiyyat.

4. Məqalə aşağıdakı ardıcıllıqla hazırlanmalıdır:

– UOT;

– məqalənin adı;

– müəllif haqqında qısa məlumat (elmi dərəcə, vəzifə, iş yeri, elektron poçt ünvanı);

– məqalənin xülasəsi və açar sözlər.

5. Məqalənin sonunda istifadə olunmuş ədəbiyyat siyahısında hər bir istinad olunan mənbənin adı tərcümə olunmadan, məqalədə istifadə olunma ardıcıllığına uyğun olaraq nömrələnir. Mənbənin biblioqrafiq təsviri Ali Attestasiya Komissiyasının dissertasiya işlərində mənbənin biblioqrafik təsvirinə aid irəli sürdüyü tələblərə uyğun olaraq göstərilməlidir.

6. Məqalədə aşağıdakı məlumatlar Azərbaycan, ingilis və rus dilində verilməlidir: məqalənin adı; müəllifin adı, soyadı; məqalənin xülasəsi və açar sözlər.

7. Müəssisədə yerinə yetirilən tədqiqatın nəticələrini açıqlayan məqalənin çap edilməsi üçün müvafiq yazılı razılıq olmalıdır.

8. Məqalədə göstərilən məlumat və faktlara görə müəllif məsuliyyət daşıyır.

9. Məqalələr redaksiyaya rəy alınaraq daxil olur və müsbət rəy almış məqalələr çapa tövsiyə olunur.

10. Redaksiya məqalənin əsas məzmununa xələl gətirməyən redaktə dəyişiklikləri və ixtisarları etmək hüququnu özündə saxlayır.

11. Məqalə çapa verilmədikdə redaksiya heyətinin qərarı barədə müəllifə məlumat verilir və əlyazma müəllifə qaytarılmır. Redaksiyanın məqaləni yenidən işləmək haqqında müraciəti onun çapa veriləcəyini ehtiva etmir. Belə ki, ona əvvəl rəyçilər, sonra isə redaksiya heyəti yenidən baxır. Çap üçün məqbul sayılmayan məqalə müəllifinin məqalənin çapına yenidən baxılması xahişi ilə redaksiya heyətinə müraciət etmək hüququ var.

12. Məqalənin korrekturası müəllifə göndərilmir.

13. Məqalə sadalanan tələblərə cavab verməzsə, baxılmaq üçün qəbul edilmir və müəllifə qaytarılır. Əlyazmanın daxil olduğu vaxt redaksiyanın mətnin son variantının redaksiyaya daxil olduğu gündən sayılır.