07 noyabr 2025-ci il tarixində Şirvan Peşə Liseyində "Zəfər Günü" münasibətilə tədbir keçirildi. Tədbirdə liseyin direktoru Elnur Novruzov, "Peşə Təhsili və İnsan Kapitalı" jurnalının baş redaktoru Şahbaz Balakişiyev və liseyin kollektivi iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru Elnur Novruzov tədbir iştirakçılarını təbrik edərək gələn qonaqlara təşəkkürünü bildirib. Tədbirdə həmçinin "Peşə təhsilinin şəhid məzunları" kitabının ərsəyə gəlməsindən və kitabda yer alan 750 şəhid məzunlarımızın sırasında Sirvan Peşə Liseyinin də məzunlarının olmasından söz açıldı.
Liseyin pedaqoji kollektivinin istək və arzularnı nəzərə alaq "Peşə təhsili və insan kapitalı" jurnalının baş redaktoru, "Peşə təhsilinin şəhid məzunları" kitabının müəllifi Şahbaz Balakişiyev onlarla - jurnalın oxucuları ilə dəyirmi masa ətrafında görüş keçirdi.
Görüşdə elmi-pedaqoji sahədə təhsilverənlərin qarşılıqlı əməkdaşlığı məsələləri, peşə təhsilinin tədrisi metodikası mövzuları, metodiki komissiyaların vəzifələri və müəllimlərin özünütəhsilinin inkişafında pedaqoji mətbuatın (jurnalın) rolu haqqında geniş müzakirə aparıldı. Müəllimləri maraqlandıran suallara cavab verildi, dəyirmi masa ətrafında aparılan müzakirələr qarşılıqlı dialoq və fikir mübadiləsi şəraitində davam etdi.